AZ

Premyer Liqa ulduzu “Fənərbağça” yolunda

“Fənərbağça” qış transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, jurnalist Onur Toğrulun məlumatına görə, sarı-lacivərdlilər “Kristal Pelas” klubunun hücumçusu Yan Filip Mateta üçün yaxın günlərdə rəsmi addım atacaq.

Fransalı forvard bu mövsüm Premyer Liqada göstərdiyi performansla diqqət çəkib və bir neçə Avropa klubunun maraq dairəsinə düşüb. “Fənərbağça” rəhbərliyi isə onu uzunmüddətli hücum planının əsas fiqurlarından biri kimi görür.

Matetanın transfer dəyərinin 35 milyon avro olduğu bildirilir. Klublar arasında danışıqların tezliklə başlanması gözlənilir.

Kamil Xudiyev

Seçilən
19
1
fanat.az

2Mənbələr