AZ

Mişustin Pekinə gedib

Rusiyanın baş naziri Mixail Mişustinin Çinə səfər edib.

Busaat.az xəbər verir ki, o, Hançjouda iş proqramını başa vurduqdan sonra Pekinə gəlib.

Mişustinin noyabrın 4-ü səhər saatlarında Çin sədri Si Cinpinlə görüşəcəyi gözlənilir. İki lider sonuncu dəfə 2023-cü il dekabrın 20-də, Rusiya baş naziri Pekinə səfər edərkən görüşmüşdülər.

Mişustini Çin paytaxtının hava limanında təntənəli qarşılayıblar: fəxri qarovul dəstəsi düzülüb, Rusiya və Çinin dövlət bayraqları qaldırılıb. Onu pilləkənlərdə Rusiyanın Çindəki səfiri İqor Morqulov, həmçinin Çinin xarici işlər nazirinin köməkçisi Cai Vey və Çinin Rusiyadakı səfiri Zhang Hanhui qarşılayıb.

Yeganə

Seçilən
34
busaat.az

1Mənbələr