"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 noyabrda Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Manset.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.
