AZ

İsmayıllı Peşə Təhsil Mərkəzinin nümayəndələri Antalyada keçirilən beynəlxalq “Hair Fest 2025”də birincilik qazanıblar » AzadMedia.az


İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin bərbər ixtisası üzrə istehsalat təlimi ustası Həyat Babayeva və mərkəzin məzunu Könül Bədəlova Antalyada keçirilən beynəlxalq “International Hair Fest 2025” müsabiqəsində 1-ci yerə layiq görülüblər.

Beynəlxalq səviyyəli tədbirdə iştirak edən Babayeva və Bədəlova Azərbaycanı uğurla təmsil edərək peşə bacarıqları ilə münsiflərin yüksək qiymətini qazanıblar.

Müsabiqədə həmçinin Almaniya və Orta Asiya ölkələrindən olan mütəxəssislər də iştirak edib, öz peşə məharətlərini nümayiş etdiriblər.

Bu uğur peşə təhsilinin inkişafı və gənclərin ixtisas bacarıqlarının beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
44
1
azadmedia.az

2Mənbələr