“BilBacar” müsabiqəsinin keçirilməsində məqsəd III və IV sinif şagirdlərinin oxu bacarıqlarını inkişaf etdirmək, sinifdaxili, siniflərarası və məktəblərarası rəqabəti gücləndirməkdir.
“Cebheinfo.az” xəbər verir ki, müsabiqədə 2025–2026-cı tədris ilində III və IV sinifləri olan məktəblər iştirak edə biləcək.
Bu mərhələdə məktəblər “Yüksək iştirakçılıq” və “Yüksək nəticə” (orta bal) üzrə yarışırlar və siniflərin nəticəsi də topladıqları balların ortalaması ilə müəyyən olunur. Sonda isə təntənəli mükafatlandırma tədbirində müsabiqənin qaliblərinə (şagirdlər və məktəblər) diplomlar və digər qiymətli hədiyyələr təqdim edilir.