AZ

Belçikada hərbi hava bazasında həyəcan F 16 ların yerlərini öyrənmək istəyirlər

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Belçikada hərbi hava bazasında həyəcanlı anlar baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Kleine Brogel Hərbi Hava Bazasında yaşanıb.

Məlumata görə, dörd naməlum dron hava bazasının üzərində müşahidə aparıb.

Məlumata görə, dərhal federal polis helikopteri havalanıb, lakin dronlar Hollandiya səmasına doğru yön alaraq yoxa çıxıblar.

Belçikanın müdafiə naziri Teo Franken faktı təsdiqləyib. O bildirib ki, faktla bağlı NATO əməliyyat komandanlığı məlumatlandırılb: "Ehtimal ki, onlar casusluq məqsədilə yönləndirilib. Dronlar vasitəsiylə F-16-ların və sair strateji elementlərin harada olduğunu öyrənmək isəyirlər"

Lamiyə Əhmədli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
mia.az

1Mənbələr