AZ

Belçikanın hərbi hava bazasında daha 4 dron aşkarlanıb

Bakı. Trend:

Noyabrın 1-i 3 dronun aşkarlandığı Kleine Brogel Hərbi HavaBazasında bu gün axşam saatlarında daha 4 dronun müşahidə olunduğubildirilir.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bazanın yerləşdiyi Peerbələdiyyəsinin sədri Steven Mathey məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, dronlar aşkar edildikdən sonra federalpolisin helikopteri onları izləmək üçün havaya qalxıb və dronlarNiderland istiqamətində gözdən itib.

Ölkənin müdafiə naziri Theo Franken dronların aşkar edilməsi vəməhv edilməsi üçün 50 milyon avro vəsaitin ayrılacağınıbildirib.

Seçilən
30
1
az.trend.az

2Mənbələr