AZ

“Zebra”da sizə yol verildiyinə əmin olduqdan sonra keçin DYP dən piyadalara ÇAĞIRIŞ VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Son illər ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin ümumi statistikalara əsasən, qəzaların əksəriyyəti piyadaların iştirakı ilə baş verir. Hadisələr nəticəsində bəzi hallarda piyadalar ölür, bir çox hallarda isə ağır və az ağır xəsarətlər alırlar.

Avtosfer.az xəbər verir ki, ölüm faktı il qeydə alınan qəzalar zamanı əksər hallarda sürücü günahlandırılır və hadisənin cəza elə sürücülərə kəsilir. Dövlət Yol Polisinin, eləcə də nəqliyyat ekspertlərinin piyadaları maarifləndirmələri, eləcə də yazılan cəriməılərə baxmayaraq hələ də bir çox piyadalar yolu onlara aid olmayan yerlərdən keçir, hə də normal səkilər mövcud olduğu halda yolun hərəkət hissəsi ilə irəliləyirlər.

Mövzu ilə əlaqədar Avtosfer.az-a müsahibəsində Bakı ŞƏHƏR Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli deyib ki, paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə rahat və təhlükəsiz hərəkətlərinin təmin olunması, eyni zamanda baş verə biləcək hadisələrin qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlər yol polisi əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir:

“Həyata keçirilən tədbirlərə, həmçinin, görülən inzibati tənbeh tədbirlərinə baxmayaraq, bəzi yol hərəkəti iştirakçıları – istər sürücülər, istərsə də piyadalar qaydalara biganə yanaşdıqları üçün yol-nəqliyyat hadisəsinin iştirakçısına çevrilirlər. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, piyadalrın iştirakı ilə baş verən hadisələr çoxluq təşkil edir. Əsasən də sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan ərazilərdə, onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərdə qeydə alınır”.

Toğrul Nəsirli baş verən hadisələrlə bağlı həm sürücülərə, həm də piyadalara müraciət edərək onları yollarda daha diqqətli olmağa və məsuliyyətə dəvət edib.

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
avtosfer.az

1Mənbələr