AZ

Krımda Rusiyanın hərbi obyektləri məhv edilib

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna kəşfiyyatçıları Krımda Rusiya ordusunun hava hücumundan müdafiə obyektlərini məhv ediblər.Reyting.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) bildirib.Qeyd olunur ki, noyabrın 2-nə keçən gecə GUR-un mütəxəssisləri Krımda Rusiyanın hava hücumundan müdafiə sisteminə aid növbəti bahalı obyektlərə zərbələr endiriblər.Kəşfiyyatın məlumatına görə, döyüş növbəsində olan “S-400 Triumf” zenit-raket divizionunun idarəetmə məntəqəsinə endirilən zərbə nəticəsində Rusiyaya məxsus çoxfunksiyalı “92N6E” radiolokasiya stansiyası (RLS) və “S-400” idarəetmə məntəqəsinin muxtar enerji təminatı sistemi məhv edilib.Bundan əlavə, GUR mütəxəssisləri rus ordusuna məxsus “AORL-1AS” aerodrom baxış radiolokatorunu və “P-18 Terek” RLS-ni də sıradan çıxarıblar.ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
reyting.az

2Mənbələr