AZ

Trampın reytinqi 37%-ə düşüb

ABŞ prezidenti Donald Trampın ABŞ vətəndaşları arasında bəyənmə reytinqi 37%-ə düşüb və ikinci prezidentlik müddətinin başlanmasından bəri bütün zamanların ən aşağı səviyyəsinə çatıb.

Busaat.az xəbər verir ki,  məlumatlara görə, prezidentin fəaliyyətini bəyənməmə nisbəti 63%-ə çatıb ki, bu da Trampın prezidentlik müddətində ən yüksək göstəricidir.

Sorğu oktyabrın 27-dən 30-dək aparılıb və 1200-dən çox ABŞ vətəndaşının cavabı daxil edilib. Səhv marjası 3,6 faiz bəndi təşkil edib.

Analitiklərin fikrincə, ABŞ-da müxtəlif demoqrafik qrupların nümayəndələri arasında Trampın populyarlığı ilin əvvəlindən kəskin şəkildə aşağı düşüb.

Yeganə

Seçilən
30
busaat.az

1Mənbələr