AZ

Rusiya əcnəbi tələbələri cərimələdi

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Ali İqtisad Məktəbində (HSE) təhsil alan əcnəbi tələbələr, miqrasiya qaydalarını pozduqları üçün 40 min rubl (təxminən 850 manat) məbləğində cərimə ilə üzləşiblər.

"Cebheinfo.az" xəbər verir ki, problem vizasız şəkildə Rusiyaya daxil olan tələbələrin 90 günlük qanuni qalma müddətini aşmaları ilə bağlıdır.

Rusiyaya vizasız giriş edən xarici vətəndaşlar üçün maksimum qalma müddəti 90 gün olaraq müəyyən edilib. Lakin qüvvəyə minən yeni qaydalara əsasən, 90 gündən artıq qalacaq tələbələr artıq miqrasiya idarələrinə şəxsən müraciət edərək barmaq izi və fotoşəkil kimi biometrik məlumatlarını təqdim etməlidirlər. Əvvəllər bu proseduru universitetlər tələbələr adından mərkəzləşdirilmiş şəkildə həyata keçirə bilirdilər.

Universitet rəhbərliyi qanun dəyişikliyi ilə bağlı tələbələri vaxtında məlumatlandırmayıb. Bəzi tələbələr 90 günlük müddəti aşdıqdan sonra “sıfırlama” üsulu ilə ölkədən çıxıb yenidən daxil olmağa çalışıblar, lakin bu üsul artıq keçərli deyil.

Universitet problem yaşayan tələbələrə ya cəriməni ödəməyi, ya da məsafədən təhsilə keçərək 2026-cı ilə qədər gözləməyi tövsiyə edib.

Məsələ mediada geniş əks-səda doğurduqdan sonra universitet və tələbələr birgə həll yolu tapıblar. Təyin olunan 40 min rubl cərimələr ləğv edilib.

Universitet, cəriməni ödəmək məcburiyyətində qalan tələbələrə kompensasiya verəcəyini vəd edib.HSE təsirlənən tələbə sayının təxminən 40 olduğunu bildirsə də, əsl rəqəmin 100-dən çox olduğu qeyd olunur.

Təhsil üzrə ekspert Prof. Dr. İrina Abankina, xarici tələbələrin uyğunlaşma prosesində həmyaşıd dəstəyinin vacibliyini vurğulayaraq, tələbə birliklərinin bu sahədə rəhbərlik edə biləcəyini bildirib. Bu hadisə bir daha göstərdi ki, Rusiyada təhsil alan beynəlxalq tələbələr tez-tez dəyişən miqrasiya qanunlarını diqqətlə izləməlidirlər.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
cebheinfo.az

1Mənbələr