AZ

Bakı şəhərində mənzil qiymətləri çox yüksəkdir AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Bakı şəhərində mənzil qiymətlərinin anormal dərəcədə yüksəlməsinin bir çox səbəbləri var. Bu artım yalnız bir və ya iki amillə izah olunmur, kompleks bir prosesin nəticəsidir”.Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Azərbaycanda tikinti icazəsi almaq kifayət qədər çətin və maliyyə baxımından ağır prosesdir:“Bu sahədəki bürokratiya və əlavə ödənişlər tikinti şirkətləri üçün xərcləri artırır və bu da son nəticədə mənzil qiymətlərinə təsir edir. Tikinti materiallarının bahadır. Yerli istehsal imkanları məhduddur. Əsas tikinti materiallarının bir hissəsi ölkədə istehsal olunsa da, köməkçi materiallar xaricdən idxal olunur və bu da qiymətləri artıran başlıca faktorlardandır. Azərbaycanda qeyri-qanuni yollarla əldə olunan vəsaitlərin bir çoxu daşınmaz əmlaka yatırılır. Bu da bazarda süni tələbat yaradır və qiymətləri şişirdir”. Ekspert əlavə edib ki, xaricdə çalışan azərbaycanlıların ölkəyə pul göndərərək mənzil alması da bazarda tələbi artırır:“Onlar daha çox gələcək yatırım məqsədi ilə mənzil alırlar ki, bu da qiymət artımına səbəb olur. Bakı şəhərində mənzil qiymətləri artıq Milan, Barselona, Roma kimi Avropa şəhərləri ilə müqayisə ediləcək səviyyəyə çatıb. Hətta bəzi hallarda, İspaniyanın bəzi bölgələrindəki dörd otaqlı mənzillər Bakıda olanlardan daha ucuzdur. Bu isə bazarda qiymət formalaşmasının sağlam olmadığını və süni şəkildə şişirdildiyini göstərir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
demokrat.az

1Mənbələr