AZ

Baku Archifest 2025 – Bakıda memarlıq və şəhərsalma sahəsində regionun ən nüfuzlu festivallarından biri keçiriləcək

BAKI, TurkicWorld, Orxan Qədirzadə

UNESCO 15 dekabrın “Dünya Türk Dili Ailəsi Günü” elan edilməsi barədə qərarı təsdiqləyib.

TurkicWorld xəbər verir ki,təklif Özbəkistanın Səmərqənd şəhərində 194 ölkədən 5 mindən çox nümayəndənin iştirakı ilə davam edən UNESCO 43-cü Baş Konfransı çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən edilib.

Məsələ ilə bağlı UNESCO-da Türkiyənin Daimi Nümayəndəsi, səfir Gülnur Aybet çıxış edərək qərarın əhəmiyyətini vurğulayıb. O bildirib ki, dillər yalnız kommunikasiya vasitəsi deyil, həm də mədəni kimlik, kollektiv yaddaş və sivilizasiyaların ruhunu yaşadan əsas dəyərlərdir.

Səfirin sözlərinə görə, geniş coğrafiyada 200 milyondan çox insan tərəfindən danışılan türk dili ailəsi əsrlərdir ortaq tarix, ənənə və mədəni irsi birləşdirən unikal mədəni dəyərləri təmsil edir.

Qərarın məhz 15 dekabr tarixində qəbul edilməsinin səbəblərindən biri türk dilinin ən qədim yazılı abidələrindən olan Orxon-Yenisey yazılarının məhz bu gün ilk dəfə oxunması ilə bağlıdır.

UNESCO-nun qərarı ilə əlaqədar olaraq sabah Səmərqənddə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iştirakı ilə konfrans keçiriləcək.

Seçilən
25
turkic.world

1Mənbələr