AZ

Beynəlxalq Valyuta Fondu Ukraynaya yardımı dayandıra bilər

Belçikanın Rusiyanın aktivlərinin ekspropriasiyası və "reparasiya krediti" sxemi adı ilə Ukraynaya vəsaitin verilməsi qərarını dəstəkləməkdən imtina etməsi Beynəlxalq Valyuta Fondunu (BVF) Kiyevə maliyyə yardımını dayandırmağa sövq edə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" Aİ nümayəndələrinə istinadla yazıb.

Bildirilir ki, mübahisəli "reparasiya krediti"nin Avropadakı tərəfdarlarının fikrincə, BVF-nin Ukraynaya davamlı maliyyə dəstəyi həlledici rol oynayır. Bu səbəbdən də onlar fondu Kiyevə yeni yardımın ayrılmasına inandırmaq üçün vaxtın tükəndiyindən narahatdırlar.

BVF növbəti üç il ərzində Ukraynaya 8 milyard dollar məbləğində kredit verməyi nəzərdən keçirir. Lakin BVF-nin maliyyə dəstəyi Aİ-nin Rusiyanın dondurulmuş dövlət aktivlərini (onların böyük hissəsi Belçikadadır) cəlb etməklə "reparasiya krediti"ni razılaşdıra bilib-bilməyəcəyindən asılıdır.

Bildirilir ki, "reparasiya krediti" BVF-ni Ukraynanın yaxın illərdə maliyyə öhdəliklərini yerinə yetirmək iqtidarında olduğuna inandırmalıdır, çünki bu, hər hansı ölkənin maliyyələşdirilməsi üçün məcburi şərtdir. Lakin ötən ay Belçika Aİ-nin maliyyə və hüquq məsələləri üzrə liderləri ilə görüşündə "reparasiya krediti"nə qarşı çıxıb. Odur ki, Avropa İttifaqı ölkələri öz mövqelərini BVF-nin dekabrda keçiriləcək həlledici iclasına qədər razılaşdırmaq üçün tələsməlidirlər.

Qəzetin yazdığına görə, BVF-nin Kiyevə yardımının həcmi, əslində, elə də böyük deyil, lakin yardımın ayrılması faktı ölkənin maliyyə dayanıqlılığının göstəricisidir.

Seçilən
22
1
moderator.az

2Mənbələr