AZ

BDU nun magistrantı pauerliftinq üzrə dünya çempionatının qalibi olub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 3 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin turizm işi ixtisaslaşması üzrə II kurs magistrantı İlkin Namazov Macarıstanda keçirilən pauerliftinq idman növü üzrə WPA Dünya Çempionatının qalibi olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Macarıstanın Lakitelek şəhərində keçirilən “WPA World Championship Powerlifting” yarışında Azərbaycan komandası uğurla çıxış edərək bir sıra qızıl medallar qazanıb.

Komandanın gənc üzvü, Coğrafiya fakültəsinin magistrantı İlkin Namazov pauerliftinq idman növü üzrə 140 kiloqram çəki dərəcəsində gənclər arasında I yeri, açıq kateqoriyada isə II yeri qazanıb. İlkin Namazov, həmçinin “deadlift” hərəkəti üzrə birinci yerin sahibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
azertag.az

1Mənbələr