AZ

Mərkəzi Asiyanın №1 inşaat şirkəti “BI Group” Bakıda Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Mərkəzi Asiyanın №1 inşaat şirkəti olan “BI Group” Bakının nüfuzlu Ağ Şəhər ərazisində yeni premium yaşayış kompleksi “White Garden” layihəsini təqdim edir.

“Qafqazinfo” xəbər verir ki, Babək prospekti və Xəqani Rüstəmov küçəsinin kəsişməsində yerləşən layihə memarlıq, komfort və təbiətin harmoniyasını özündə birləşdirir.

Premium şəhər həyatını ehtiva edən “White Garden” 19 mərtəbədən ibarət, 130 geniş mənzili olan premium sinif yaşayış kompleksidir. Mənzillər ağıllı ev sistemləri və yüksək keyfiyyətli daxili işləmələrlə təchiz olunub. Burada hər zaman komfort və texnologiya ön plandadır: Ağıllı ev sistemi, IP domofon, elektron kilidlər, “Acoustic Pro” səs izolyasiyası ilə müştərilərin rahatlığı təmin olunub.

Kompleksdə zəngin infrastruktur qurulub: fitnes zalı, uşaq otağı, kino zalı, yoqa terras, qonaq otağı və böyük yaşıllıq sahəsi yaradılıb. Həmçinin sakit və uşaq zonaları ayrılıb.

Kompleksin həyət dizaynı da göz oxşayır. Burada milli motivlərdən ilhamlanaraq gözəllik, harmoniya və birliyi simvolizə edən şəbəkə və buta naxışlarından istifadə olunub. Bu mədəni elementlər müasir landşaft dizaynı ilə birləşdirilərək sakit və zərif atmosfer yaradılıb. Layihə ağıllı texnologiyaları, düşünülmüş dizaynı və investisiya potensialını bir araya gətirir. Bura həm yaşamaq, həm də investisiya üçün ideal seçimdir.

Layihə sonrası “BI Service” tərəfindən tam xidmət və texniki dəstəklə təmin olunur. Yüksək likvidlik və uzunmüddətli dəyər ilə cəlbedici investisiya imkanı var.

Qeyd edək ki, “BI Group” beynəlxalq inkişafçı şirkətdir. Yalnız Mərkəzi Asiyada bir nömrə deyil, həm də BƏƏ və ABŞ-də də uğurla fəaliyyət göstərir.

Satışlara 4 noyabrdan etibarən başlanılır. Mənzilləri 36 aylıq hissə-hissə ödəniş imkanı ilə əldə etmək olar.

Çağrı mərkəzi *0360

Satış ofisi: Chirag Plaza, Tbilisi Avenue, 49C

Daha çox məlumat üçün linkə keçid edə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
qafqazinfo.az

1Mənbələr