AZ

Klubun idman direktoru vəzifəsindən azad olundu

“Fiorentina” mövsümün uğursuz başlanğıcından sonra rəhbərlikdə ciddi dəyişikliklərə start verib. Klubun idman direktoru Daniele Prade vəzifəsindən azad olunub.

Sportinfo.az “bənövşəyilər”in rəsmi açıqlamasını təqdim edir:

“Birgə razılaşma əsasında “Fiorentina” idman direktoru Daniele Prade ilə əməkdaşlığa son qoyur.

Klub prezidenti və xanımı Katerina adından ona gələcək fəaliyyətində uğurlar arzulayırıq və dərin hörmətimizi bildiririk”.

Rəhbərlik bununla da kifayətlənməyə bilər. Baş məşqçi Stefano Piolinin də qovulması gündəmdədir.

Cari mövsümdə A Seriyasında çox zəif çıxış edən “Fiorentina” 10 turdan sonra turnir cədvəlinin 19-cu pilləsində, yəni, düşmə zonasında qərarlaşıb.

Seçilən
30
sportinfo.az

1Mənbələr