AZ

Bu oliqarxların müsadirə edilməmiş onlarla mülkləri aşkarlandı – Britaniyada

Əvvəllər sanksiyaya məruz qalmış rusiyalı oliqarxlarla əlaqəsi olan təxminən 700 milyon funt sterlinq dəyərində əmlak dondurulmayıb.
NOCOMMENT.az xəbər verir ki, “The Moscow Times” bu barədə “Transparency International” təşkilatının Britaniya bölməsinə istinadən yazır.
Təşkilatın analitikləri London və Surreydə yerləşən və Böyük Britaniyanın dondurulmuş aktivlər reyestrinə daxil edilməyən 33 mülk – evlər, mənzillər və ofis binaları aşkar ediblər.
Onların arasında olan Hampsteaddəki “Witanhurst” qəsri Londonda Bukingem Sarayından sonra ikinci ən böyük tikilidir. Bu əmlakın “Fosaqro” qrupunun sahibi Andrey Guryevlə əlaqəli olduğu iddia edilir, lakin onun nümayəndələri bunu inkar edirlər.
Hesabatda “Kensington Palace Gardens”də milyarder Roman Abramoviçə məxsus olduğu ehtimal edilən 90 milyon funt-sterlinqlik malikanədən də bəhs edilir. Torpaq reyestrinə görə, sahibi “A. Corp Trustee” Kipr şirkətidir. Onun ünvanı əvvəllər Abramoviçə məxsus olan “Çelsi” stadionundakı bina göstərilib.
Tədqiqatın aparıcı müəllifi Ben Caudok City A.M. portalına açıqlamasında deyib ki, məhdudiyyətlər qoyulmayan mülklərin çoxu trastlarda qeydiyyatdan keçmiş ofşor şirkətlərə məxsusdur.
O, əlavə edib ki, bəzi hallarda daşınmaz əmlak sanksiyalar siyahısında olan şəxslərin qohumlarına məxsus ola bilər, bu isə onlara məhdudiyyətlərdən rəsmən yan keçməyə imkan verir. “Nəzəri cəhətdən Böyük Britaniya hökuməti aktivlərin mənşəyini araşdırmaq imkanına malikdir, lakin praktikada belə alətlər praktiki olaraq mövcud deyil. Bütövlükdə, korporativ qeyri-şəffaflıq problemi davam edir və bu, həmin aktivlərə effektiv nəzarətə mane olur”, – Kaudok vurğulayıb.
“Transparency İnternational” təşkilatının məlumatına görə, üç mülk adları sanksiya siyahısına daxil edilmişlərlə eyni olan şəxslərə məxsusdur. “Bu şəxslərə qarşı niyə hələ də tədbir görülmədiyini izah etmək getdikcə çətinləşir”, – ekspert əlavə edib.
Xatirə SADİQ
Seçilən
31
nocomment.az

1Mənbələr