AZ

Romada tarixi tikilinin bir hissəsi uçub - FOTO

İtaliyanın paytaxtı Romanın İmperator Forumundakı tarixi tikilinin bir hissəsi uçub.

"Unikal" xəbər verir ki, IX əsrin əvvəllərində inşa edilən “Torre dei Konti” adlı tikilinin bir hissəsinin uçması nəticəsində 4 nəfər xəsarət alıb. Daha sonra xilasetmə əməliyyatı zamanı tikilinin digər hissəsi də uçub. Dağıntılar altından iki nəfər sağ çıxarılıb, onlardan biri ağır vəziyyətdədir.

Bina Papa III İnnosentin ailəsi olan Segni qrafları və 1204-cü ildə tikilini genişləndirməyə qərar verən Papanın qardaşı Sora qrafı Rikkardo ilə əlaqələndirilir. Tikili həmin dövrün simvolu sayılırdı. 858-ci ildə tikintisinə başlanılan 50-60 metr hündürlüyündəki bina ötən dövrdə bir neçə zəlzələnin təsirinə məruz qalıb. Nəticədə bu gün tikilinin yalnız 29 metrlik hissəsi qalıb. Burada sonuncu dəfə XVII əsrin sonlarında əsaslı bərpa işləri aparılıb.

Seçilən
32
4
unikal.az

5Mənbələr