AZ

“İsrail atəşkəsi pozmağı dayandırmalıdır” – Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrail Qəzzaya humanitar yardımın buraxılması ilə bağlı öhdəliklərini yerinə yetirmir və razılaşdırılmış yük miqdarına icazə vermir.

Busaat.az xəbər verir ki, Fidan bu barədə İstanbulda yeddi müsəlman ölkəsinin xarici işlər nazirlərinin Qəzza ilə bağlı görüşündən sonra bildirib.

“İsrail atəşkəsi pozmağa son qoymalıdır. İsrail həmçinin humanitar yardımın çatdırılmasını təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Təxminən 600 yardım maşını və 50 yanacaq tankerinin daxil olmasına icazə verilməlidir.

Amma açığını desəm, biz çoxlarının həqiqətən Qəzzaya girdiyini görmürük”, – deyə Fidan qeyd edib.

O, həmçinin bildirib ki, atəşkəs elan edildikdən sonra 250-yə yaxın Qəzzalı qətlə yetirən beynəlxalq ictimaiyyət İsrailə təzyiqi davam etdirməlidir.

Yeganə

Seçilən
62
busaat.az

1Mənbələr