AZ

Məktəbliləri arasında “BilBacar” oxu müsabiqəsinə start verilir

Azərbaycanda III və IV sinif şagirdlərinin oxu bacarıqlarını inkişaf etdirmək və məktəblər arasında sağlam rəqabət yaratmaq məqsədilə “BilBacar” adlı yeni müsabiqəyə start verilir.

Müsabiqə 2025–2026-cı tədris ili üçün nəzərdə tutulub və 2025-ci ilin noyabrında başlayaraq 8 ay davam edəcək. Yarış iki mərhələdən — virtual (noyabr 2025 – may 2026) və əyani final mərhələsindən (iyun 2026) ibarət olacaq.

Birinci mərhələdə məktəblərdən təyin olunmuş “BilBacar koordinatoru”nun nəzarəti altında şagirdlər platformada UTİS kodu və şifrəsi ilə şəxsi kabinetlərinə daxil olacaqlar. Platformada iki əsas bölmə — “Hazırlıq” və “Yarış” mövcuddur.

“Hazırlıq” bölməsində şagirdlər istənilən vaxt məşq edə biləcəklər.

“Yarış” bölməsi isə koordinatorun nəzarəti altında keçiriləcək, hər seans 40+40 dəqiqədən ibarət olacaq və hər düzgün cavab 10 balla qiymətləndiriləcək.

Final mərhələsində nəticələr sıfırlanacaq, yarış mərkəzləşdirilmiş qaydada keçiriləcək və qaliblər müəyyən ediləcək.

Mükafatlandırma mərhələsində məktəblər “Yüksək iştirakçılıq” və “Yüksək nəticə” (orta bal) nominasiyaları üzrə mübarizə aparacaqlar. Qaliblərə diplomlar və digər qiymətli hədiyyələr təqdim olunacaq.


“BilBacar” müsabiqəsi ölkə üzrə şagirdlərin mütaliə vərdişlərini gücləndirmək və tədris prosesinə müasir rəqabət elementi gətirmək məqsədi daşıyır. Layihə, həmçinin, oxu vərdişlərinin erkən yaşdan formalaşdırılması, tədris keyfiyyətinin yüksəldilməsi və məktəblər arasında əməkdaşlığın genişləndirilməsini hədəfləyir.

Aytac 

Seçilən
31
anews.az

1Mənbələr