AZ

“Baku Archifest 2025” – Bakıda memarlıq və şəhərsalma sahəsində regionun ən nüfuzlu festivallarından biri keçiriləcək

Bakı. Trend:

“Baku Archifest 2025” – Bakıda memarlıq və şəhərsalma sahəsindəregionun ən nüfuzlu festivallarından biri keçiriləcək.

Memarlıq, şəhərsalma və innovativ dizayn istiqamətində regionunən nüfuzlu tədbirlərindən biri olan “Baku Archifest 2025” bu ilölkəmizdə ikinci dəfə baş tutacaq. Festival memarlıq şirkətləri“Design Bureau” və “Aslı Partners” tərəfindən ADA UniversitetiDizayn və memarlıq fakültəsinin akademik tərəfdaşlığı ilə təşkilolunur. Tədbir, 2026-cı ildə Bakıda keçiriləcək 13-cü ÜmumdünyaŞəhər Forumu (WUF13) çərçivəsində Azərbaycanın ŞəhərsalmaMaarifləndirmə Kampaniyasının ilk strateji mərhələlərindən birikimi qiymətləndirilir.

Bu il festival “Navigating Urbanity” (“ŞəhərliliyinAxtarışında”) mövzusuna həsr olunacaq. Azərbaycan, İtaliya,Türkiyə, Gürcüstan, İran və digər ölkələrdən gələn tanınmışmemarlar, şəhərsalma mütəxəssisləri, professorlar və gəncdizaynerlər burada bir araya gələcək. Archifest yalnız memarlıqsahəsində peşəkar fikir mübadiləsi platforması deyil, həm dəmüxtəlif memarlıq məktəblərini, yanaşmaları və mədəniperspektivləri birləşdirən çoxşaxəli müzakirə mühitiformalaşdırmağı hədəfləyir.

5-7 noyabr tarixlərində keçiriləcək və 3000-dən çox iştirakçınınqatılması gözlənilən festivalın proqramına panel müzakirələri,tematik mühazirələr, ustad dərsləri, praktiki mühazirələr, tələbəvə gənc memarların təqdimat sessiyaları daxildir.

Builki Archifest ADA Universitetinin nəzdində yaradılan yeniİtaliya–Azərbaycan Universitetinin Dizayn və memarlıq fakültəsinintədris korpusunda təşkil olunacaq. Kampus memarlıq təhsilində,şəhərsalma düşüncəsində və beynəlxalq akademik əməkdaşlıqda yenimərhələni simvolizə edir.

Festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvətolunmuş ekspertlər memarlığın gələcəyi, insan yönümlü şəhər mühiti,davamlılıq, mədəni irs və yeni urbanistlik trend­ləri ilə bağlıçıxışlar edəcək.

“Baku Archifest 2025”in baş tərəfdaşları “PMD Group” və “PASHAReal Estate” şirkətləridir. Festivalın akademik tərəfdaşı ADAUniversitetinin Dizayn və memarlıq fakültəsi, media tərəfdaşlarıisə ASAN Radio və ASAN TV-dir.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr