AZ

Məktəblərdə şagirdlər arasında keçiriləcək müsabiqənin qaydaları açıqlandı

BAKI, 3 noyabr. TELEQRAF

2025-2026-cı tədris ilində III və IV sinif şagirdlərinin oxu bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “BilBacar” adlı müsabiqə keçiriləcək.

Bu barədə Teleqraf-a Təhsil İnstitutundan (ARTİ) məlumat verilib.

Bildirilib ki, müsabiqə şagirdlər arasında sinifdaxili, siniflərarası və məktəblərarası rəqabətin formalaşdırılmasına da xidmət edir.

Müsabiqə 2025-ci ilin noyabrından başlayacaq və 8 ay davam edəcək. İki mərhələdən ibarət olan yarışmanın birinci mərhələsi virtual formatda, final mərhələsi isə əyani şəkildə keçiriləcək.

I mərhələdə hər məktəbdə “BilBacar” koordinatoru təyin ediləcək. Şagirdlər xüsusi platforma vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq “Hazırlıq” və “Yarış” bölmələrində bacarıqlarını yoxlayacaqlar. “Yarış” mərhələsi koordinator nəzarəti ilə aparılır və hər düzgün cavaba 10 bal verilir.

II mərhələdə isə birinci mərhələnin nəticələri sıfırlanaraq, əyani final keçiriləcək və qaliblər mərkəzləşdirilmiş şəkildə müəyyən olunacaq.

Müsabiqənin sonunda “Yüksək iştirakçılıq” və “Yüksək nəticə” nominasiyaları üzrə məktəblər və siniflər qiymətləndiriləcək, qalib şagird və məktəblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Seçilən
34
1
teleqraf.com

2Mənbələr