"Müxalif "Ermənistan" Alyansının rəhbəri, keçmiş prezident Robert Koçaryan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd edək ki, Robert Koçaryan Ermənistanın keçmiş prezidenti və müxalif “Ermənistan” Alyansının rəhbəridir. O, 1998–2008-ci illərdə ölkənin ikinci prezidenti olub.
2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişindən sonra Koçaryan bir müddət həbsdə olub və 2008-ci il mart hadisələri ilə bağlı ittihamlarla üzləşib, lakin sonradan azadlığa buraxılıb.
Hazırda o, Ermənistan siyasətində əsas müxalif fiqurlardan biri hesab olunur.