AZ

Ağcabədidə intellektual oyun üzrə rayon müsabiqəsi keçirilib

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun və “Hədəf” hazırlıq kursunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Şanlı Zəfərimiz” başlığı altında komandalar arasında intellektual oyun üzrə rayon müsabiqəsi keçirilmişdir.

Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində keçirilən müsabiqədə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müsabiqəsinin açılış mərasimində YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayon üzrə sektorunun əməkdaşı Eldəniz Qənbərov çıxış edərək Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfərimizdən ətraflı bəhs edilib, yarışın keçirilmə qaydaları ilə bağlı müsabiqə iştirakçılarına məlumat verilib.

Müsabiqədə hər komandada 5 əsas, 2 ehtiyat oyunçu olmaqla, 19 komanda atılmış püşk əsasında mübarizə aparıb. Yarış iştirakçıları Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə görülmüş işlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət, Heydər Əliyev Fondunun fəaliyyəti və Zəfər Günü ilə əlaqədar sualları cavablandırmışlar.

Gərgin və maraqlı şəraitdə keçən müsabiqənin yekun nəticələrinə əsasən  Ağcabədi şəhər M.F. Axundov adına 3 nömrəli məktəb-liseyin komandası I yerə, S.Vurğun adına 4 nömrəli tam orta məktəbin  komandası II yerə, Ü.Hacıbəyli adına şəhər 7 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib komandalara təşkilatçılar tərəfindən kubok, diplomlar və hədiyələr təqdim edilib.

Yekunda yarış qaliblərinin iştirakı ilə  xatirə şəkili çəkdirilmişdir.

Seçilən
44
1
yeniazerbaycan.com

2Mənbələr