AZ

BVF Ukraynaya yardımı dayandıra bilər

BVF

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya maliyyə yardımını dayandıra bilər. Buna səbəb kimi Belçikanın “reparasiya krediti” çərçivəsində 140 milyard avro ayırmaqdan imtina etməsi göstərilir.

Reyting.az
xəbər verir ki, bu barədə“Politico” nəşri Avropa rəsmilərinə istinadla yazıb.

BVF növbəti üç il ərzində 8 milyard ABŞ dolları məbləğində kredit ayırmağı nəzərdən keçirir. “Politico”-nun mənbələrinin bildirdiyinə görə, Avropa İttifaqının “reparasiya krediti” (dondurulmuş Rusiya aktivləri hesabına) verməsi BVF-i Ukraynanın maliyyə dayanıqlığına inandıracaq - bu isə təşkilatın yardım göstərməsi üçün vacib şərtdir.

Amma Belçika əsasən ölkə daxilində yerləşən dondurulmuş Rusiya aktivlərindən istifadəyə qarşı çıxır. Brüssel bunu hüquqi və maliyyə riskləri ilə əsaslandırır.

Qeyd olunur ki, BVF-nin krediti nisbətən kiçik olsa da, Ukraynaya maliyyə yardımının göstərilməsi digər potensial investorlar üçün mühüm siqnal olacaq.

V. QULİYEV
Seçilən
11
reyting.az

1Mənbələr