AZ

Misir Mərdanov təltif olundu - FOTO

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda ölkəmizin və dünyanın aparıcı akademik qurumlarının nüfuzlu alimləri AMEA-nın 80 illik yubileyi münasibətilə hazırlanmış “AMEA-nın döş nişanı”, “Əziz Səncər”, “Yusif Məmmədəliyev”, “Üzeyir Hacıbəyli” və “Lev Landau” döş nişanları ilə təltif olunublar.

Modern.az xəbər verir ki, təltif olunanlar içərisində  Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov da var. O, “Lev landau” döş nişanı ilə təltif olunub.  

Ona mükafatı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.
 

Seçilən
5
1
modern.az

2Mənbələr