AZ

Cerard “Spartak”ın təklifini QƏBUL ETMƏDİ

Rusiyanın “Spartak” klubu baş məşqçi postu üçün ingilis mütəxəssis Stiven Cerrardla danışıqlar aparsa da, tərəflər razılığa gəlməyib. 

Bizim.Media xəbər verir ki, Cerrad hazırkı beynəlxalq vəziyyətə görə Rusiyada çalışmaq istəmədiyini bildirib. 

O, yaxın vaxtlarda Rusiyada işləmək planının olmadığını deyib.
 

Moskva klubu 2023-cü ilin yayında da onu baş məşqçi postuna gətirmək istəyirdi. Həmin vaxt da Cerrard eyni səbəbdən — beynəlxalq siyasi vəziyyət və Rusiyaya keçidin karyera imicinə təsiri — təklifi rədd etmişdi.


Qeyd edək ki, 44 yaşlı mütəxəssisin son iş yeri Səudiyyə Ərəbistanı Premyer Liqasında çıxış edən “Al-İttifaq” olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
16
1
bizim.media

2Mənbələr