AZ

Bakıda avtomobili soyan şəxs saxlandı


Sabunçu rayonunda nəqliyyat vasitəsindən oğurluq edilib. Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, zərərçəkən polisə müraciət edərək “Changan” markalı avtomobilindən pul vəsaitinin naməlum şəxs tərəfindən talandığını bildirib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı R.Zeylanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD

Seçilən
14
5
baki-xeber.com

10Mənbələr