AZ

Bloomberg: Trampın sanksiyaları Rusiya neft ixracına ciddi zərbə vuracaq...

“Rosneft” və “Lukoil”a qarşı məhdudiyyətlər bazarda təklifi azaldacaq...

Poliqon xəbər verir ki, “Bloomberg” Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiya neft sektoruna qarşı elan etdiyi yeni sanksiyalar dünya neft bazarında təchizatın azalmasına səbəb ola bilər. Dünyanın ən iri enerji şirkətlərinin rəhbərləri xəbərdarlıq ediblər ki, məhdudiyyətlər “Rosneft” və “Lukoil”un fəaliyyətinə ciddi təsir göstərəcək.

Fransanın “TotalEnergies” şirkətinin baş direktoru Patrik Puannə Əbu-Dabidə keçirilən “Adipec” energetika konfransında bildirib ki, bu iki şirkət Rusiya neft ixracının təxminən 60 faizini təmin edir və onlara qarşı sanksiyalar logistikanın yavaşlamasına, yüklərin gecikməsinə və bazarda ümumi fəaliyyətin zəifləməsinə gətirib çıxaracaq.

“Bu məhdudiyyətlər çox ciddi xarakter daşıyır və qlobal bazarda təklifi azaldacaq”, deyə Puannə qeyd edib.

Britaniyanın “BP” şirkətinin rəhbəri Mürrey Oçinkloss da bu fikirləri bölüşərək bildirib ki, sanksiyaların təsiri təklifi azaltsa da, yaxın müddətdə tələbin artacağı ilə bağlı narahatlığa əsas yoxdur. O, bazarda tarazlığın qorunmasının əsas amil kimi enerji təchizat zəncirinin sabit işləməsindən asılı olacağını vurğulayıb.

Ekspertlər hesab edirlər ki, Trampın sanksiyaları Rusiyanın Asiya və Yaxın Şərq istiqamətindəki neft ticarətini çətinləşdirə, həmçinin sığorta və bank ödəniş sistemlərinə çıxışı daha da məhdudlaşdıra bilər. Bunun nəticəsində dünya bazarında Brent markalı neftin qiymətinin sabit qalması üçün OPEC+ ölkələrinin istehsal siyasətinə yenidən baxması tələb oluna bilər.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr