AZ

“BakuBus” 3 tender elan edir

“BakuBus” MMC (VÖEN: 1701622931) açıq tender elan edir.

FED.az xəbər verir ki, “BakuBus” MMC tərəfindən üç müxtəlif satınalma üzrə tender elan olunub:

Birinci tender Xırdalan şəhərində avtobus yuma stansiyası avadanlığının satın alınmasına aiddir. Satınalmanın ehtimal olunan dəyəri 1 milyon 192 min 170 manat təşkil edir.

Tələblər: 1. Parametrlər: 1.1. Yuma hündürlüyü 52000 mm, yuma eni 3900 mm olmalı. Bir boks içərisində polad rels üzərində hərəkət edən İki yan fırçası, bir dam fırçasından və su sıçrama tentindən ibarət olan yuma portalı. Avtobus yuma stansiyasıda istifadə olunacacaq yuyucu avadanlıqlar və onların quraşdırılmasında aşağıda qeyd olunan ölçülər nəzərə alınmalıdır. 1.2. Avtobusun maksimum hündürlüyü: 3682 cm 1.3. Avtobusun maksimum eni: 2550 cm 1.4. Avtobusun maksimum uzunluğu: 12240 cm 2.Yuma potensialı 2.1. Uzunluğu 10.5, 12 metr olan avtobusları (istisna hallarda 10, 11, 12.5 metr ola bilər) yuma potensialında olmalıdır. 2.2. Yuma stansiyası qış mövsümündə -2° C də işləmə potensialında olmalıdır. 2.3. 1 ədəd avtobusun yuma prosesi 3.5 dəqiqədən artıq olmamalıdır. 2.4. 15 % təmiz su 85% təkrar emal su ilə yuma imkanı. 2.5. Alt şassi yuma 20 bar 300 litr dəqiqədə təzyiqlə yuyulmalıdır. (bir portalda) 3. Elektrik gücü 3.1. 380/220 volt ikifırçalı 28 kWh üç fırçalı 48 kWh üçün güc sərfi. 4. Su təmizləmə funksiyası 4.1. Təkrar su emal qurğusu aerasiya sistemi ilə təchiz olunmalıdır. 4.2. Suyun filtrasiyası zamanı flokulyant vasitəsilə neft məhsullarının parçalanması üçün dozator stansiyası ilə təchiz olunmalıdır. 5. Opsional 5.1. Avtobus yuma stansiyasına daxil olarkən mövqe tutma elektron işıqfor sistemi ilə təchiz olunmalıdır. 5.2. Yan və üst fırçası yuma prosesində nəqliyyat vasitənin güzgü ötmə funksiyası ilə təchiz olunmalıdır. 5.3. Qış mövsümündə elektron idarəetmə qutularda termostatlı 12-24 voltluq isidici radiator (ten) olmalıdır. 5.4. Yuma prosesində hər hansı qəza hallarında Yuma portallarının avtomatik dayanma funksiyası olmalıdır. 5.5. Portalda təkrar emal su ilə yüksək təzyiq funkiyası olmalıdır. 6. Təhlükəsizlik 6.1. Yuma stansiyasının giriş və çıxış hissəsi qəza düymələri ilə təchiz edilməlidir. (iki istiqamətdə girişdə idarəedici pultun və çıxıq svetaforun yanında) 6.2. Yuma stansiyasına daxil olan avtobus portalla toqquşma ehtimal olduğu üçün sağ və sol hissədə avtobus yuma boyu qədər qalvanizləşmiş polad boru ilə qoruyucu baryer ümumi hündürlüyü 153 mm təchiz olunmalıdır. 7. Sərfiyyat və digər tələblər 7.1. Bir avtobus üçün su sərfiyyatı həcmi: 50-80 litr 7.2. Yuma prosesi zamanı işıq sərfiyyatı: 0,20-0,35 kwh 7.3. Bir avtobusun yuyulması zamanı şampun sərfiyatı: 60-90 ml 7.4. Bir avtobus üçün təkrar su sərfiyyatı: 140-180 litr 7.5. Avadanlığın wosk sistemi olmalıdır. 7.6. Avtobuslarda uzunluq fərqliliyi olduğu zaman avadanlıq özü-özünü nizamlamalı.

İkinci tender Xırdalan şəhərində avtobus qarajının təmir mərkəzi üçün alət və avadanlıqların satın alınmasına aiddir. Bu tenderin ehtimal olunan dəyəri 1 milyon 73 min 824 manat müəyyən edilib.

Üçüncü tender isə Albalılıq avtobus parkı üçün İT avadanlıqları və ləvazimatlarının satın alınmasına həsr olunub. Satınalmanın ehtimal olunan qiyməti 130 min 452 manat təşkil edir.

Tenderlərin hər biri 3 noyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı:

Birinci və ikinci tenderlər üçün – 4 dekabr 2025-ci il, saat 10:00

Üçüncü tender üçün – 27 noyabr 2025-ci il, saat 10:00

İştirak haqqı: birinci və ikinci tenderlər üçün 600 manat, üçüncü tender üçün 250 manat.

İstifadə haqqı: 25 manat.

Əlaqələndirici şəxs: Niyaməddin Bağırov – “BakuBus” MMC-nin böyük satınalma mütəxəssisi

Əlaqə: [email protected], +994 77 250 03 00

İddiaçılar təkliflərini göstərilən tarixədək AZ1091, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ–Hövsan yolu 1-ci km “1” ünvanına təqdim edə bilərlər.

Seçilən
9
fed.az

1Mənbələr