AZ

Vaagn Avagyan: “Əliyev artıq Sevan gölünü də ‘azad etmək’ niyyətini gizlətmir”

Ermənistan Milli Demokratik Partiyasının (NDP) Mətbuat katibi Vaagn Avagyan sosial şəbəkədə yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu günki çıxışında faktiki olaraq Sevan gölünü də “azad etmək” planlarını açıq şəkildə bəyan edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Bakı bunun üçün həm hərbi büdcəni artırır, həm də ölkə daxilində lazım olan ictimai rəyin formalaşdırılması üzərində işləyir.

Avagyan bildirir ki, Ermənistan rəhbərliyi isə tam əks istiqamətdə hərəkət edir:

“Kollaborasionist-xəyanətkar Paşinyan hakimiyyəti hərbi büdcəni azaldır, 7 ildə xarici borcu iki dəfə artırıb və indi də öz növbəsində ‘hücum’a hazırlaşır — amma məqsəd Sevan deyil, Eçmiədzini ‘ələ keçirmək’dir”.

O, ironiya ilə əlavə edib ki, bu şəraitdə xalqdan 2026-cı ildə “sülh, yoxsa müharibə gündəmini” seçmək tələb olunur:

“Bəs, ümumiyyətlə, bu xalqdan kimsə bir şey soruşurmu?”

Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr