AZ

Romada tarixi bina uçub, azı 4 nəfər xəsarət alıb

İtaliyanın paytaxtı Romada tarixi tikilinin uçması nəticəsində 4 nəfər xəsarət alıb.

APA ANSA-ya istinadən xəbər verir ki, içərisində təmir-bərpa prosesi gedən “Torre dei Conti” binası uçub.

Dağıntılar altında qalan 4 nəfərdən 3-ü xilas edilib.

Xilasetmə zamanı isə binanın digər hissəsi uçub.

Nəticədə neçə nəfərin xəsarət aldığı hələlik məlum deyil.

Qeyd edək ki, Torre dei Conti” binası 13-cü əsrdə tikilib və o vaxtkı Papanın ailəsinin iqamətgahı olub.

Seçilən
17
5
apa.az

6Mənbələr