AZ

Sabirabadda ev yiyəsi ilə qonaqlar arasında futbola görə dava düşdü

Sabirabad rayonunda bir neçə nəfər futbola görə dava edib.

Fanat.Az "News24"ə istinadən xəbər verir ki, rayonun Qalaqayın kəndi ərazisində yüksək səslə mübahisə edən və dalaşan 4 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslərdən ikisi Türkiyə, digər ikisi isə Azərbaycan vətəndaşıdır. Belə ki, hadisədən əvvəl 1983-cü il təvəllüdlü Aydın Kadir qohumu 2004-cü il təvəllüdlü şəxslə Sabirabadakı qohumunun evinə qonaq gəlib. Burada olarkən onlar azarkeşlik etdikləri futbol komandalarına görə mübahisə ediblər. Mübahisə getdikcə daha da şiddətlənib və onlar küçəyə çıxaraq münaqişəni orda davam etdiriblər.

İctimai asayişi pozan şəxslər vətəndaşların şikayəti əsasında saxlanılıblar.

Onlar bildiriblər ki, azarkeşlik etdikləri futbol komandaları haqqında bir-birilərinə dedikləri fikirlərə görə dava ediblər.

Sabirabad Rayon Məhkəməsi onların hər birini İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq əməli, maddəsi ilə 50 manat cərimə edərək sərbəst buraxıb.

Seçilən
36
1
fanat.az

2Mənbələr