AZ

Ermənistan nümayəndə heyəti Bakıya səfər edəcək

“Onilliklər ərzində Cənubi Qafqaz münaqişə, qapalı sərhədlər və itirilmiş imkanlarla səciyyələnir, bu gün isə vəziyyət dəyişməyə başlayıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Avqustun 8-də Ermənistan baş naziri, Azərbaycan prezidenti və ABŞ prezidentinin Birgə Bəyannaməsi imzalanıb. Bu əlamətdar hadisə Cənubi Qafqazda sülh və firavanlığın əsasını qoyub, regionun blokadadan çıxarılması istiqamətində həlledici irəliləyişə nail olunub.

Avqustun 8-dən etibarən Ermənistan və Azərbaycan indiyədək əldə edilmiş inkişafın möhkəmləndirilməsi və dialoqun dərinləşdirilməsi üçün məqsədyönlü səylər göstərib. Məsələn, oktyabrın 21-22-də ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti ikitərəfli dəyirmi masada iştirak etmək üçün Ermənistana səfər edib. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin də Azərbaycana qarşılıqlı səfər edəcəyi gözlənilir. Vətəndaş cəmiyyəti nümayəndələrinin səfərindən əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak etmək üçün Bakıya səfər edib. Bu cür səfərlər və mübadilələr iki cəmiyyət arasında qarşılıqlı inam və anlaşmanın möhkəmlənməsinə, eyni zamanda Ermənistan və Azərbaycan arasında sülhün möhkəmlənməsinə töhfə verəcək”, - o bildirib.

Seçilən
14
21
teleqraf.com

10Mənbələr