AZ

Agentlik 2 milyon manatlıq 20 ədəd mənzil alır - TENDER

Sosial Xidmətlər Agentliyi (VÖEN: 1405196831) açıq tender elan edir.

FED.az xəbər verir ki, tender əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınmasına aiddir. Satınalmanın ehtimal olunan qiyməti 1 milyon 974 min manat təşkil edir.

Tender 3 noyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 13 noyabr 2025-ci il, saat 17:00, zərflərin açılış tarixi isə eyni gündə, saat 17:00-da olacaq.

İştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manatdır.

Əlaqələndirici şəxs: Fəridə Əlixanlı – Satınalmanın təşkili şöbəsinin böyük mütəxəssisi
Əlaqə: [email protected], +994 12 525 41 30

İddiaçılar təkliflərini 13 noyabr 2025-ci il tarixinədək Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi, bina 1, mərtəbə 2 ünvanına təqdim edə bilərlər.

Seçilən
14
fed.az

1Mənbələr