AZ

Türkiyədə ata oğlunu öldürən sürücünü namaza gedərkən vurub

Ajans.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,hadisə səhər saatlarında baş verib. 72 yaşlı Hikmət Güzey səhər namazına getmək üçün velosipedi ilə evindən çıxarkən, oğlunun ölümündə günahlandırdığı Gökhan Tunç tərəfindən vurulub. Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb edilib.

Qeyd olunur ki, Tunç hadisədən sonra qaçmağa çalışsa da, tezliklə tutulub. Altı ay əvvəl baş verən yol qəzasında 12 yaşlı oğlanın ölümü ilə əlaqədar araşdırma davam edir.

Seçilən
47
Ajans.az

1Mənbələr