AZ

Çin Trampın iddialarını rədd etdi: Nüvə sınaqları barədə iddialar yalandır...

Pekin onilliklərdir qüvvədə olan moratoriya rejimini pozmadığını bildirir...

Poliqon xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın “Çinin gizli nüvə sınaqları keçirdiyi” barədə bəyanatını təkzib edib. Nazirliyin rəsmi nümayəndəsi Mao Nin bildirib ki, Pekin onilliklərdir qüvvədə olan nüvə sınaqlarına dair moratoriyanı pozmayıb və beynəlxalq öhdəliklərinə sadiq qalır.

“Çin məsuliyyətli nüvə dövləti olaraq sülh yolu ilə inkişaf prinsiplərinə sadiqdir, birinci olaraq nüvə silahından istifadə etməmək siyasətinə və yalnız özünümüdafiəyə əsaslanan nüvə strategiyasına əməl edir. Biz hələ də nüvə sınaqlarına qoyulmuş moratoriyaya tam şəkildə riayət edirik”, – deyə Mao Nin vurğulayıb.

O, həmçinin ABŞ-ı da eyni prinsiplərə sadiq qalmağa və nüvə sınaqları üzrə moratoriyanı pozmamağa çağırıb. Çin diplomatı qeyd edib ki, qlobal sabitliyin qorunması üçün bütün nüvə dövlətləri qarşılıqlı etimadı gücləndirməli, beynəlxalq nüvə silahlarının yayılmaması rejiminə hörmətlə yanaşmalıdır.

Pekin, Trampın açıqlamalarını “əsassız və təxribat xarakterli” adlandıraraq, bu cür bəyanatların qlobal təhlükəsizlik mühitinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr