AZ

"Daha bunu gizlədə bilmədim" - Erlinq Holand

"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının (İPL) 10-cu turunda evdə "Bornmut" üzərində qazandıqları qələbəyə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, matçın 17 və 33-cü dəqiqələrində fərqlənərək komandasının qələbəsində böyük rol oynayan norveçli ulduz sosial şəbəkə hesabında qol sevincinin fotosunu paylaşıb.

Fotoya robot emojisi əlavə edən skandinaviyalı futbolçu bir cümlə ilə kifayətlənib: "Mən daha bunu gizlədə bilmədim".

Xatırladaq ki, Holand qollardan birini robot rəqsi ilə bayram edib. Sözügedən oyunçu cari mövsüm İPL və UEFA Çempionlar Liqası çərçivəsində çıxdığı 13 qarşılaşmada 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nihat
 

Seçilən
20
1
fanat.az

2Mənbələr