AZ

Ermənistan millisinin baş məşqçisi məşhur futbolçunu komandadan uzaqlaşdırdı

BAKI, 3 noyabr. TELEQRAF

Serbiyanın “Srvena Zvezda” klubunun futbolçusu Nair Tiknizyan DÇ-2026-nın seçmə mərhələsində noyabr ayında keçiriləcək Macarıstan və Portuqaliya ilə oyunlar üçün Ermənistan millisinə çağırılmayacaq.

Teleqraf Ermənistan mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin yığmadan kənarda qalması barədə qərarı yığmanın baş məşqçisi Yeğişe Melikyan verib.

Tiknizyanın gələcəkdə də Melikyanın rəhbərliyi altında millidə çıxış edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, Ermənistan millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 13-də evdə Macarıstanla,16-da isə səfərdə Portuqaliya iləqarşılaşacaq. Nair Tiknizyan 2025-ci ilin yayından “Srvena Zvezda”da çıxış edir. O, Ermənistan millisinin heyətində 26 oyun keçirib, 1 qol vurub və 6 qolun ötürməsini edib.

Seçilən
16
teleqraf.com

1Mənbələr