Nyu-York meri seçki kampaniyası gündəm oldu
                    
                        Ajans.az xəbər verir ki, şənbə gecəsi Məmdani bir neçə klubda seçicilərlə görüşərək kampaniya tədbirləri keçirib, bazar günü isə əlavə tədbirlər üçün yenidən şəhər məkanlarına qayıdıb. Sosial mediada yayılan videolarda 34 yaşlı siyasətçinin DJ kabinəsində musiqi çaldığı, rəqs etdiyi və Cey-Zi ilə Alisiya Kizin məşhur “Empire State of Mind” mahnısını oxuyaraq kütləyə müraciət etdiyi görünür. Bu mahnı 2009-cu ildən bəri Nyu-York şəhərinin qeyri-rəsmi himni hesab olunur. Məmdaninin bu qeyri-adi kampaniya tərzi sosial şəbəkələrdə geniş rezonans doğurub və bir çox istifadəçi tərəfindən “şəhərin enerjisinə uyğun seçki strategiyası” kimi qiymətləndirilib.