AZ

Suren Papikyan: 8 avqust mühüm hadisədir, onu reallıq kimi qəbul edirik

BAKI, 3 noyabr. TELEQRAF

“2026-cı ilin büdcəsi əvvəlki illərin büdcə artım tendensiyası və ümumi büdcə həcminin artım dinamikası ilə müqayisədə heç bir uyğunsuzluq göstərmir, istisna yalnız 2025-ci ildir, həmin il xərclər birdən-birə artmışdı və bu da əvvəlcədən nəzərdə tutulmuş xərclərlə bağlı idi”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan parlamentdə keçirilən qapalı iclasdan sonra brifinqdə bildirib.

Jurnalistin “Ermənistan avqustun 8-dək olduğu kimi eyni intensivliklə silahlanmanı davam etdirirmi” sualına cavabında Papikyan deyib:

“2026-cı ilin xərclərində gördüyünüz fərq əslində təbii inkişaf tempidir və burada qeyri-adi və ya qəribə heç nə yoxdur”.

Nazir qeyd edib ki, Ermənistan öz ehtiyaclarına uyğun olaraq islahatları, o cümlədən silahlanma və hərbi texnika alınmasını davam etdirəcək: “8 avqust mühüm bir hadisədir və biz onu mövcud reallıq kimi qəbul etməyə bilmərik. Əlbəttə, bunun nəticələri olacaq”.

Ermənistan hökumətinin qərarına əsasən, 2026-cı ilin dövlət büdcəsində hərbi xərclər azaldılacaq.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin görüşü keçirilib. Görüş çərçivəsində üçtərəfli bəyannamələr imazlanıb, həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişini paraflayıblar.

Seçilən
38
teleqraf.com

1Mənbələr