AZ

Mərkəzi Bankda “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası” çərçivəsində görüş keçirilib

Maliyyə sektorunda maliyyə institutlarının potensialının gücləndirilməsiyeni təşəbbüslərin tətbiqi imkanları müzakirə olunub.

Finss.az xəbər verir ki, bu, Mərkəzi Bankda İqtisadiyyat Nazirliyi ilə birgə kommersiya banklarının nümayəndələri üçün keçirilən “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icrası çərçivəsində təşkil olunan təlim məqsədli ilkin görüş zamanı baş tutub.

Məlumata görə, görüşdə dövlət-özəl tərəfdaşlığı layihələrinin rolu, bu sahədə maliyyə institutlarının potensialının gücləndirilməsiyeni təşəbbüslərin tətbiqi imkanları geniş şəkildə müzakirə edilib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən dövlət-özəl tərəfdaşlığının əsas xüsusiyyətləri və modelləri, aidiyyəti qanunvericilik layihələri və onların tətbiqi imkanlarına dair təqdimatlar keçirilib.

Həmçinin banklar və dövlət strukturları arasında əməkdaşlığın təşviqi məsələləri iştirakçıların diqqətinə çatdırılıb.

Növbəti mərhələlərdə görüşlərin bu istiqamətdə beynəlxalq maliyyə institutlarının iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Seçilən
18
fins.az

1Mənbələr