AZ

“Roma” Paulo Dibalanı itirdi

“Roma”nın hücumçusu Paulo Dibala “Milan”la görüşdə penalti vuruşunu qaçırarkən bud əzələsini zədələyib.

Msport.az xəbər verir ki, komandanın baş məşqçisi Can Pyerro Qasperini argentinalının zədəsinin ciddi olduğunu bildirib.

O, oyunçunun beynəlxalq fasiləyə qədər oynaya bilməyəcəyini istisna etməyib: “Penaltidə baş verən ən pis məqam Dibalanın zədələnməsidir. Hazırda aktual məsələ onun nə qədər müddət oyundan kənarda qalmasıdır. Bu, gecənin ən böyük itkisidir”.

Qeyd edək ki, bu Dibalanın “Roma” formasında ilk penalti qaçırması olub. Bundan öncə “Yuventus” dövründə 2021-ci ilin noyabrında “Salernitana” qarşısında baş vermişdi.

Seçilən
20
msport.az

1Mənbələr