AZ

Bakının ritorikası dəyişib, bu, sərhəddə özünü büruzə verir - Nazir

Avqustun 8-də Ermənistanla Azərbaycan arasında əldə olunan Vaşinqton razılaşmalarından sonra Azərbaycanın ritorikası dəyişdi və bu, sərhəddə nəzərə çarpır.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bu qənaəti Ermənistanın müdafiə naziri Suren Papikyan Milli Assambleyada jurnalistlərlə söhbətində bildirib.

"Azərbaycanın ritorikası avqustun 8-dən kəskin şəkildə dəyişib və bu, sərhəddə nəzərə çarpır. Biz faktiki sülhdən danışanda bu, uydurma deyil, reallıqdır", - nazir bildirib. pizza mizza

Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb. Bunun ardınca Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında sülh elan ediblər.


Telegram kanalımız
Seçilən
8
yenisabah.az

1Mənbələr