2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 12 179 ton süd və qaymaq idxal olunub ki, bunun dəyəri 21 milyon 467 min ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 1 753 ton (16,8%), idxal dəyəri isə 4 milyon 137 min ABŞ dolları (23,9%) artıb. Hesabat dövründə süd və qaymaq idxalına sərf olunan vəsait ölkənin ümumi idxal xərclərinin 0,1%-ni təşkil edib.
Beləliklə, 2025-ci ilin ilk doqquz ayında Azərbaycanda süd və qaymaq idxalı həm həcm, həm də dəyər baxımından artım nümayiş etdirib.
Fuad Mədətov
Finss.az