AZ

II Liqa: "Şirvan" xal itirib zirvəyə yüksəldi, günün qalibi bakılılar oldu

Azərbaycan II Liqasında VII tur start götürüb. 

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 3 matç baş tutub. 

"Şirvan" səfərdə ən yaxın izləyicisi "Quba" ilə qarşılaşıb. Pərviz Bayramovun baş məşqçisi olduğu debütant rəqib meydanında azlıqda mübarizə aparmalı olub. Qərib İbrahimov 7-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, şirvanlılar fərqlənməyi bacarsalar da, üstünlüklərini qoruya bilməyiblər və nəticədə xal itiriblər. Bununla belə, "Şirvan" 1 xal sayəsində vahid liderliyə yiyələnib. 

Digər iddialılardan "Şəki Siti" "Göygöl"ü sınağa çəkib. Elvin Həsənovun komandası rəqibinin müqavimətini qıra bilməyib.

"Dinamo" isə Bakıda aşkar autsayder "Araz Saatlı" ilə münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi görüşdə inamlı qələbə qazanıblar.

Qeyd edək ki, turun “Ağstafa Gəncləri” – “Kür-Araz”, “Qaradağ Lökbatan” – “Ağdaş” və “Xankəndi” – “Şəmkir” qarşılaşmaları sabah keçiriləcək.

Azərbaycan II Liqası
VII tur
3 noyabr 

“Quba” – “Şirvan” 1:1
Qollar:
İ.Azaxov, 45E.Xəlilli, 22. 

“Şəki Siti” – “Göygöl” 0:0

“Dinamo” – “Araz Saatlı” 4:1
Qollar: 
F.Dəmirov, 19. V.Seyidov, 28. Y.Qarayev, 62. A.Nurəhmədov, 82 - H.Rüstəmov, 75.

Seçilən
17
fanat.az

1Mənbələr