AZ

Kənd təsərrüfatı işçilərinin "sönük" bayramı - Xəstəliklər, narazılıqlar

1 Noyabr Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. 


Manset.az xəbər verir ki, bu il sözügedən günlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin işçilərindən təltif olunanlar olmayıb. 

Bu da onu göstərir ki, Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti dövləti heç də qane etmir. Bu nəticəyə gələ bilərik ki, Kənd təsərrüfatı nazirinin fəaliyyəti qənaətbəxş deyil. 

Son zamanlar yayılan xəstəliklərlə bağlı əməli tədbirlərin həyata keçirilməməsi, vaksinasiya proseslərinin əvvəlcədən və vaxtında aparılmaması, iri fermer və təsərrüfatçılarla görüşlərin təşkil olunmaması, rayonlarda, xüsusilə də, işğaldan azad olunmuş Qarabağda genişmiqyaslı layihələrin yerinə yetirilməməsi Azərbaycanda kənd təsərrüfatını günü-gündən uçuruma aparır. 

Nazir Məcnun Məmmədov başda olmaqla onun kənd təsərrüfatından anlayışı olmayan komandasının yarıtmaz fəaliyyəti kənd təsərrüfatı məhsullarının qiymətlərinin kəskin bahalaşmasına, bir çox kənd təsərrüfatı məhsullarının ölkəyə xaricdən idxal edilməsinə gətirib çıxarıb. 

Bu onu göstərir ki, nazir Məcnun Məmmədovun başçılığı altında Azərbaycanın kənd təsərrüfatını irəliləyən illərdə daha faciəvi günlər gözləyir.

Seçilən
20
manset.az

1Mənbələr