AZ

“Həyatların boşa itirilməsi mənasızdır, oturub danışmağın vaxtı çatıb”

NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone bildirib ki, Ukraynadakı hərbi əməliyyatlar “dalana dirənib” və münaqişənin həlli üçün sülh danışıqlarına başlamağa çağırıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Həyatların boşa itirilməsi artıq mənasızdır, ona görə də oturub danışmağın vaxtı çatıb”, – admiral vurğulayıb.

Eyni zamanda o qeyd edib ki, alyans Kiyevə dəstək göstərməyə davam edəcək: “Sülh bərqərar olana qədər biz Ukrayna ilə birlikdə olacağıq”, deyə Draqone əlavə edib.

Seçilən
18
1
operativmm.az

2Mənbələr