AZ

Rusiyanın ehtimal olunan casusu yaxalandı – Latviyada

Latviya Dövlət Təhlükəsizliyi Xidməti hərbi kəşfiyyatla birgə Rusiya xüsusi xidmət orqanları üçün məlumat toplamaqda şübhəli bilinən Latviya vətəndaşını saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, oktyabrın ortalarında xarici kəşfiyyatın maraqları naminə məlumat toplama maddəsi ilə cinayət işi açılıb, bir neçə gün sonra axtarışlar və həbslər aparılıb.

İstintaq müəyyənləşdirib ki, həmin şəxs Rusiya kəşfiyyat xidmətləri üçün Latviyada aviasiya tərəfindən istifadə edilən özəl infrastruktur, bu ölkədəki NATO qüvvələri və Latviyanın müdafiə sənayesindəki vəziyyət barədə məlumat toplayırmış. Bundan başqa, şübhəli şəxs yerli mobil operatorlardan SİM-kartların alınmasının xüsusiyyətləri ilə də maraqlanıb.

Müstəntiqlər şübhəlidən müsadirə olunan elektron cihazları araşdırmağa davam edir.

Bundan başqa, Rusiyanın maraqları naminə dörd şəxs tərəfindən Latviyada mümkün ciddi təxribat aktlarının hazırlanması ehtimalı araşdırılır.

Xatirə SADİQ

Seçilən
32
nocomment.az

1Mənbələr